• İSSAM - TÜRK HAMAMI

     

    İstirahəti, sağlamlıq və əyləncəni bir arada yaşamaq istəyirsiz?

     

    Türk hamamı, ən doğru seçiminiz olar. Qədim zamanlardan bizə miras qalmış hamamlarımız, bütün stresslərdən azad olmanın və rahatlanmanın ən gözəl nümunəsidir. Sizi, kompleksimizdə ayrı - ayrılıqda fəaliyyət göstərən, həm bəylər, həm də xanımlar üçün nəzərdə tutulmuş, türk hamamlarına dəvət edirik. Bu hamamlara döşənmiş mərmərin, insan vücudundan neqativ enerjini çəkdiyi, dəfələrlə elm tərəfindən sübut edilmişdir. Orqanizmdəki ölü hüceyrələr, infeksiyalar və soyuqlamalar təmizlənir, qan dövranı güclənərək, sinir sistemləri rahatlanır. Türk hamamının ən böyük özəlliyi isə, kisə və köpük masajıdır. Kisə vasitəsi ilə bütün bədən kisələnərək, ölü dəri hüceyrələri təmizlənir və dərinin daha rahat nəfəs almasına şərait yaranır. Beləliklə kisə və köpük masajı vasitəsi ilə, bütün zərərli toksitlər vücuddan atılır. Müştərilərimizə, kisə - köpük masajı, göbək daşı üzərində mütəxəsislər tərəfindən təqdim olunur.

     

     

    Sonda, bədəniniz körpə cildi kimi yumuşalaraq, təbii görüntüsünə qovuşacaq.

     

    Xoşrəftar və gülərüz heyət, yüksək xidmət səviyyəsi və sakitləşdirici musiqi ritimləri, sizin istirahətinizi bəzəyəcək. Müştərilərimizin çöhrəsindəki təbəssüm, bizim işimizin qiymətidir. Şəhərimizin hörmətli qonaqları, sizi, şəhərimizdə analoqu olmayan, yeni istifadəyə verilmiş, İstirahət Sağlamlıq Mərkəzi Kompleksinə dəvət edirik.