• FİTNESS

     

    Gözəl istirahətlə yanaşı sağlamlığınızla maraqlanırsız?

     

    Əgər daha sağlam və daha gözəl görünmək istəyirsinizsə, kompleksimizdə fəaliyyət göstərən fitnes klub və pilates zalı da sizin ixtiyarınızdadır. Bu zallarda məşğələlər üçün lazımı bütün şəraitlər mövcuddur. Geniş zal, güzgülər, idman ağırlıq daşları, idman xalçaları, toplar və digər yüksək keyfiyyətli avadanlıqlar xidmətinizdədir. Peşəkar trenajorlar vasitəsi ilə siz öz bədən qurluşunuzu təkmilləşdirmək imkanı qazanacaqsınız. Trenajor zallarında həm müstəqil, həm də yüksək ixtisaslı təlimatçının rəhbərliyi altında məşğul olmaq mümkündür. Zalda temperatur qışda 24 dərəcə, yayda isə 22 dərəcə C təşkil edir. Kompleksimizdə, uzunluğu 16 metr və eni 6 metr olan hovuz, sözsüz ki, müştərilərimizin xoşuna gələcək. Hovuzda suyun temperaturu, yayda 26 - 28 dərəcə C, qışda isə, 28 - 30 dərəcə C - yəbərabər olur. Su gün ərzində güclü bakterisid qurğulardan keçir, filtrlərdə zərərsizləşdirilərək təmizlənir.

     

     

    Kompleksimizdəki sağlamlıq xidmətləri, bəylər, xanımlar və uşaqlar üçün nəzərdə tutulmuşdur.

     

    Xoşrəftar və gülərüz heyət, yüksək xidmət səviyyəsi və sakitləşdirici musiqi ritimləri, sizin istirahətinizi bəzəyəcək. Müştərilərimizin çöhrəsindəki təbəssüm, bizim işimizin qiymətidir. Şəhərimizin hörmətli qonaqları, sizi, şəhərimizdə analoqu olmayan, yeni istifadəyə verilmiş, İstirahət Sağlamlıq Mərkəzi Kompleksinə dəvət edirik.